Premyer Liqanın təsnifat mərhələsinin son – 22-ci turunda "Xəzər Lənkəran" öz meydanında "Sumqayıt"la qarşılaşdı və "ağ-yaşıllar" rəqibi ilə bacarmayıb – 2:2.
Korner.az oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilərin səsləndirdiyi fikirlərlə sizi tanış edir:
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Hər iki komanda yaxşı oyun göstərdi. Futbolçularımı təbrik edirəm. Sona kimi mübarizə apardıq, komandamın oyunundan razı qaldım. İki qol vurduq, amma daha çox imkanımız var idi”.
Emin Quliyev, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Fərqlənmək üçün imkanlarımız var idi. Lakin bacara bilmədik. Sonadək mübarizə apardıq. Rəqibi bir xal qazanması ilə təbrik edirəm”.