Gürcüstanda yeni mövsümə hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran"ın əvəzedici komandası bu gün ilk yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, yerli "Adeli" (Batumi) klubunun əvəzedicilərinə qarşı keçirilən matçda qollu heç-heçə qeydə alınıb.
Oyunda hesabı Lənkəran təmsilçisi açıb. Cavid Bağırov 65-ci dəqiqədə "Xəzər Lənkəran"ı hesabda irəli çıxarıb. Yalnız oyunun 89-cü dəqiqəsində "Xəzər Lənkəran"ın qapısına yol tapan "Adeli" oyunda yekun nəticəni müəyyən edib – 1:1.
