Bu gün Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində Lənkəranda yerli komandayla “Sliema” (Malta) klubu arasında keçiriləcək qarşılaşmanı izləyəciləri arasında fəxri qonaq da olacaq.
Korner.az-ın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev də matçı tribunadan izləyəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da oyunu izləmək üçün Lənkərana gəlib.
