Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Lənkəranda keçiriləcək "Xəzər Lənkəran" – "Sliema" matçı canlı yayımlanacaq.
Bu barədə Korner.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Klub rəsmisinin bildirdiyinə görə, böyük ehtimalla "Fırtınalar meydanı"nda keçiriləcək qarşılaşmanı AzTV yayımlayacaq.
Qeyd edək ki, iyulun 11-də keçiriləcək oyun saat 20:00-da start götürəcək.
