Premyer Liqanın IV turunun təxirə salınmış "Xəzər Lənkəran" – "Simurq" oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, futbolsevərlər Sumqayıtda baş tutacaq görüşü "İdman Azərbaycan" kanalından canlı izləyə biləcəklər.
20 sentyabr (cümə axşamı)
"Xəzər Lənkəran" – "Simurq"
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Mehdi Hüseynzadə adına Sumqayət şəhər stadionu. Saat 17:00 (canlı, "İdman Azərbaycan")
