Premyer Liqanın I turunun təxirə salınmış “Neftçi” – “Bakı” və IV turunun təxirə salınmış “Xəzər Lənkəran” – “Simurq” oyunlarının vaxt bəlli olub.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, hər iki qarşılaşma sentyabrın 20-də baş tutacaq.
Bunun əlaqədar, VI turun “Simurq” – “Kəpəz” oyunu 23 sentyabr tarixindən 24 sentyabr tarixinə keçirilib.
IV turun təxirə salınmış digər qarşılaşması – AZAL – “Neftçi” oyunu isə oktyabrın 23-də baş tutacaq. Bununla əlaqədar, X turun “Simurq” – AZAL oyunu 26 oktyabrdan 27 oktyabr tarixinə, XI turun AZAL – “Bakı” qarşılaşması 30 oktyabrdan 31 oktyabr tarixinə, XII turun “Kəpəz” – “Bakı” qarşılaşması isə 3 noyabrdan 4 noyabra keçirilib.
