"Xəzər Lənkəran" sabah Bakıya gəlir
Həftəsonu keçiriləcək “Bakı” ilə oyunun hazırlıqlarını Lənkəranda davam etdirən “Xəzər Lənkəran” noyabrın 14-də paytaxta yollanacaq.
Korner.az-ın məlumatına görə, “Happy İnn” otelində məskunlaşacaq komanda, noyabrın 15 və 16-da Yol Polisi İdarəsinə məxsus stadionda iki günlük hazırlıq keçəcək.
Noyabrın 17-də isə “Bakı” klubunun təlim-məşq bazasının stadionunda oyun öncəsi son məşqinə çıxacaq.
