“Bu oyuna ciddi hazırlaşmışdıq. Meydana qələbə üçün çıxmışdıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL-“Xəzər Lənkəran” matçından sonrakı mətbuat konfransında meydan sahibi komandanın baş məşqçisi Vaqif Sadıqov deyib.
Sadıqov komandasının oyun boyu üstün olduğunu bildirsə də, səviyyə baxımından rəqibə uduzduqlarını etiraf edib: “Ancaq bir şey var ki, biz düzgün yoldayıq”.
