Təlim-məşq toplantısını Antalyada davam etdirən "Xəzər Lənkəran" iki gün öncə 2 illik müqavilə bağladığı xorvatiyalı qapıçı İvan Çoviçlə anlaşmaya xitam verib.
Korner.az-ın məlumatına görə, buna səbəb qapıçının dünən Qazaxıstanın "Jetusi" klubu ilə oyunda buraxıdığı kobud səhv olub.
Hazırda "Xəzər Lənkəran"ın Bələkdə məskunlaşdığı "Ela Quality Resort" otelində olsa da, 22 yaşlı qolkiperə özünə yeni komanda axtarması məsləhət görülüb.
