Topaz Pemyer Lqasının sonuncu, XXXII turu çərçivəsində “Rəvan”ı qonaq edəcək “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, matçın keçiriləcəyi əsas meydanda baş tutan məşq, saat 16:00-da başlayıb və bir saat davam edib.
Futbolçular məşqçilər korpusunun verdiyi müxtəlif çalışmaları yerinə yetirdikdən sonra istirahətə çəkilərək matç saatını gözləməyə başlayıblar.
Heyətdə olan zədəli futbolçular qismən zədələrini bərpa edib məşqlərə qoşulsalar da, Adrian Pit hazırlıqlara qoşula bilmir.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Rəvan” matçı bu gün saat 19:00-da başlayacaq.