Saabah Premyer Liqanın 12-ci turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" – "Rəvan" oyunu öncəsi hər iki klubda son vəziyyəti öyrənməyə çalışdıq. "Xəzər Lənkəran" klubunun mətbuat xidmətininrəhbəri Yalçın Əliyevin Korner.az-a verdiyi açıqlamada sadəcə Eder Bonfimin çıxış edə bilməyəcəyini bildirdi:
"Eder Bonfimdən başqa ciddi itkimiz yoxdu. Ruslan Abışovda artıq zədəsini sağaldıb və sabahkı oyunda meydana çıxa biləcək".
"Rəvan"ın mətbuat xidmətinin rəhbəri Anar Mustafayev saytımıza verdiyi açıqlamada bunları dedi:
"Komanda da, əhval-ruhiyyə yaxşıdır. Heç bir zədəli futbolçu yoxdu. Bizim üçün "Xəzər Lənkəran"la oyun vacibdi".
