"Mario Souza hal hazırda bir çox futbolçuları izləyir. Qış transferləri üçün hazırlıqlarımız davam edir. Lakin hələ ki Souza bizə konkret ad verməyib".
Korner.az-a açıqlamasında bu sözləri cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib.
O, mətbuatda çıxan futbolçu adlarının "Xəzər Lənkəran"la hallanması məsələsinə isə birmənalı cavab verib: "Adlar hələ məlum deyil".
