Junior Nildo, Zohair Benouahi, Rasim Ramaldanov və Nikola Qliqorov kimi futbolçuları rənglərinə bağlayan "Xəzər Lənkəran" daha bir futbolçunu transfer etmək üzərdi.
Korner.az-ın məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək Cənub şəhərinin təmsilçisi "Sumqayıt"ın və milli komandamızın hücumçusu Pərdis Fərcad-Azadı transfer edir.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada bu keçidin baş tutma ehtimalının yüksək olduğunu bildirib:
"Bəli, bu futbolçu ilə maraqlanırıq və onun xidmətində maraqlıyıq. Lakin hələ heç nə rəsmiləşməyib. Ola bilər ki, yaxın günlərdə bu transfer baş tutsun".