Mustafa Dənizlinin “Trabzonspor”u çalışdıracağı ilə bağlı xəbərlər təkzib olunub.
Korner.az-ın məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Cihan Xəbər Agentliyinə açıqlamasında xəbərlərin şaiyə olduğunu bildirib.
Klub rəsmisi bu informasiyaların yaüımlmasından sonra Dənizli ilə danışdığını və mütəxəssisin “Trabzonspor”dan onunla heç kimin əlaqə saxlamadığını deyib. Həmçinin bildirib ki, belə bir zəng olacağı halda da nəyinsə dəyişməyəcəyini, “Xəzər Lənkəran”la 1.5 illik müqaviləsinin və görüləcək işlərinin olduğunu bildirib.
