“Toşak istirahətə getdiyindən hələ kimin komandadan göndərilib-göndərilməyəcəyi tam dəqiq deyil. Çünki bu barədə hər hansı bir söhbət belə getmir. Ancaq onu deyə bilərm ki, Orsuliçin komandadan ayrılacağı haqda gəzən söz-söhbət ancaq şaiyədi”.
Bu sözləri Korner.az-a “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi bildirib ki, əgər yeni transferlər olsa o zaman komandadan gedəcək futbolçular da olacaq:
“Hal-hazırkı heyətimiz geniş deyil. Bu üzdən əgər bir neçə transfer olunsa, o zaman, həmin mövqelərdə olan futbolçuların göndərilməsi haqda danışmaq olar. Toşak ulduz futbolçu istəmir. Sözün düzü “Xəzər Lənkəran”ın siyahısında supertransfer də var. Lakin Toşak orta səviyyəli, komandaya xeyir verə biləcək futbolçular transfer etmək istəyir. İspaniya, Makedoniya və Türkiyədən transferlərimiz ola bilər. Toşakı transfer etmək istədiyi futbolçular məhz bu çempionatlardandı”.