"Xəzər Lənkəran" – "Neftçi" matçı baş tutmaya bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb hal-hazırda Lənkərana yağışın yağmasıdı.
"Xəzər Lənkəran"ın icraçı direktoru Höccət Hacıyev yağışa rəğmən stadionu yararlı vəziyyətə gətirməyə çalışdıqlarını bildirib:
"Hal-hazırda yağış davam edir. Lakin biz stadionu daha yaxşı vəziyyətə gətirməyə çalışırıq. AFFA nümayəndəsi yenicə gəlib Lənkərana. Son sözü AFFA nümayindəsi deyəcək. Biz çalışırıq ki, qarşılaşma baş tutsun".
