“Slavik Alxasov artıq “Xəzər Lənkəran”ın futbolçusudu. Onunla rəsmi müqavilə imzalamışıq. Sabah ictimaiyyətə təqdim edəcəyik. Müqavilənin detalların da o zaman açıqlayacağıq”.
Bu sözləri Korner.az-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Bunda əlavə klub rəsmisi digər transfer məsələləri ilə bağlı da fikirlərini bildirib:
“Daha iki yerli futbolçuyla danışıqlar aparırıq. Ancaq biri baş tutmayacaq böyük ehtimalla. Bu “Bakı”dan Cavid Hüseynovdu. O, klubuyla müqaviləsini uzadıb. O, böyük ehtimalla öz klubunda qalacaq. Caviddən demək olar ki, vaz keçdik. Artıq xarici futbolçulara da yönələcəyik”.
