“Xəzər Lənkəran”ın transferə çıxardığı Elnur Cəfərova görə “Qarabağ”dan heç bir rəsmi təklif almayıb”.
Bu sözləri Korner.az-a açıqlamasında Lənkəran klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu bildirib.
Klub rəsmisi deyib ki, Ağdam təmsilçisinin nümayəndələri rəsmi təklif irəli sürməsələr də, Elnurun transfer qiyməti ilə maraqlanıblar.
