"Xəzər Lənkəran" qış fasiləsində ikinci transferini reallaşdırmaq üzrədi.
Bu barədə Korner.az-a açıqlamasında "ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev məlumat verib.
Klub rəsmisi bildirib ki, "Sumqayıt"ın sabiq üzvü Uğur Pamukla danışıqlar aparılır və bu məsələ yekunlaşmaq üzrədi:
"Uğur Pamukla danışıqlar davam edir. Onun transferi 90 % həll edilib. Ancaq tam təsdiqini tapmayıb. Yaxın günlərdə bu məsələ öz həllini tapa bilər".
