“Ramil Diniyev fasilədə paltardəyişmə otağına gedərkən bizim azarkeşlərimiz ona idarəçiliyinə görə etiraz etdi o isə onları pis pis söyüşlərlə təhqir etdi. Hətta geriyə dönüb onların üzərinə şığımaq istəyirdi. Lakin bu zaman ona PFL-in mühafizəçiləri mane oldular. Mən də ona niyə azarkeşləri təhqir edirsən, bu nə idrəçilikdi dedim o isə mənə cavabında “əlimin içindən gəlir” dedi və məni təhqir etdi daha sonra, o, məni təhqir etdikdən sonra mən onu təhqir etdim”.
Korner.az açıqlamasında bu fikirləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Klub rəsmisi həmçinin bildirib ki:
“Harda görününb ki, hakim azarkeşləri söysün, təhqir etsin. Onun təhqirlərini həm AFFA nümayəndəsi, həm də oyunun hakim-inspektoru gördü, duydu. Çox maraqlıdı görəsən bu hərəkətlərinə görə Ramil Diniyev cəzalanacaqmı?”
