“Xəzər Lənkəran” klubu “İnter”lə oyunda kobud səhvə yol verən hakimlər briqadasından şikayət etməyəcək.
Korner.az-ın məlumatına görə, bunu Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
“Səlahət Ağayevin həmin epizodda cərimə meydançasının kənarında topa əllə toxunduğu açıq-aşkar görünür. Yaxşı, baş hakim bunu görmədi? Bəs digərlər? Oyunda 6 hakim olub. Qapı xətti yanında dayanan hakimlər bəs nə üçündür? Burada ofsayd epizodu deyil ki, deyəsən 1 metr söhbəti oldu. Rəqib qapıçının qaydaları pozduğu açıq-aşkar görünür. Biz hakimlərdən şikayət etmirik. Amma Xaqani Məmmədov qoy, bizə yol göstərsin. Nə vaxta kimi bu qədər səhv olacaq? Çıxıb, deyəcəklər ki “hakimdə insandı, səhv edə bilər”. Həmin epizodda “Xəzər Lənkəran” 0:1 hesabı ilə geridə idi. Rəqib 10 nəfər qalsaydı, nəticə tam fərqli olardı. Buna əminəm”, – deyə
klub rəsmisi bildirib.
futbolxeber.az
