"Neftçi"nin aparıcı futbolçularından biri Ruslan Abışovun karyerasını "Xəzər Lənkəran"da davam etdirəcəyi ilə bağlı verdiyimiz xəbərə münasibət öyrənmək üçün klubun icraçı direktoru Höccət Hacıyevlə əlaqə saxladıq.
Hacıyev Korner.az-a verdiyi açıqlamada bu xəbəri təkzib etmədi:
"Klubun son transfer xəbərlərindən məlumatsızam. Lakin onu deyə bilərəm ki, "Neftçi"dən iki futbolçu heyətimizə qatmağı planlaşdırırdıq. Ruslan Abışovun transferi haqda isə heç nə deyə bilmərəm. Qısa zamanda hər şeyə aydınlıq gələcək".
