"Nə biz, nə də Leyte heç kimlə razılşamayıb, bu xəbər yalandı. Bu xəbərlər hardan çıxır anlamış deyilik. Səhər məşqində Leyteylə də bu barədə danışdıq. O, da belə bir şeydən xəbərsiz olduğun dedi. O, bizim futbolçumuzdur. Nə Leytenin getmək, nə də bizim onu göndərmək kimi qərarımız hələ ki, yoxdu".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Qeyd edək ki, mətbuatda cənubluların qapıçısı Duqlas Leytenin komandadan ayrılacağı, hətta yeni klubunun Braziliyanın "Quarani" komandası olacağı deyilmişdi. Lakin klub rəsmisi iddiaların yalan olduğunu bildirdi.
