“Etame Mbilla son məşqi yarımçıq buraxdı. Buna səbəb əzələsində hiss etdiyi ağrı oldu. Düzdü məşqi yarımçıq tərk etdi, ancaq bu onun AZAL-a qarşı oynamayacağı anlamına gəlmir. Dünəndən həkimlərimiz onu müalicə edirlər. Etamenin meydana çıxıb çıxmayacağı matç saatında bəlli olacaq”.
Korner.az-a açıqlamasında bu sözləri cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Məlumat üçün qeyd edəki, bu gün “ağ yaşıllar” öz meydanlarında AZAL-ı qonaq edəcəklər.
