"Elnur Abdulovu transfer etmək istəməyimiz yalan söhbətdi. Hələ ki, transferlərlə bağlı yenilik yoxdu". Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun icraçı direktoru Höccət Hacıyev deyib. Çalışdırıcı Ruslan Abışovun "Xəzər Lənkəran"da çıxış edəcəyi 2 il müddətində 1,1 milyon dollar qazanacağı haqda iddialara belə açıqlama verib:
"Bu tamamilə yalan söhbətdi. Ruslan Abışov perespektivli futbolçudur. Ancaq biz ona o qədər pul vermirik. Bu sadəcə cəfəngiyatdı".
