"Dünyanın bütün derbi qarşılaşmalarında azarkeşlər arasında davanın şahidi olmuşuq. "Böyük oyun"da hər zaman dava düşür. Bu dəfə də belə oldu. Əsas məsələ odu ki, sonradan həmin azarkeşləri sakitləşdirə bildik".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun icraçı diektoru Höccət Hacıyev deyib.
Dünən keçirilən və qalmaqallı, gərgin keçən "Xəzər Lənkəran" – "Neftçi" matçından sonra saytımıza danışan "ağ-yaşıllar"ın rəsmisi qonaq komandanın baş məşqçisi Böyükağa Hacıyevin oyundan sonra keçirilən mətbuat konfransında dediyi fikirlərə də münasibət bildirib:
"Mənim Böyükağa Hacıyevə böyük hörmətim var. İnanıram ki, bizim kluba zəif deməklə gündəmdə qalmağa çalışır. Axı o, tez-tez gündəmə gəlməyi sevir. Meydanda can qoyan tərəf "Xəzər Lənkaran" idi. Güclü olan da qalib gəldi".
