Avrokuboklar

“Xəzər Lənkəran” rəsmisi: “Bizim kanallar bu oyunu canlı yayımlamaq istəmədilər”

11.07.2012 , 07:08

"Komanda inanırdı ki, növbəti mərhələyə keçə bilər. Atıq istədiyimiz nəticəni qazanıb növbəti mərhələyə adladıq. İstəyirik ki, Avropa Liqasında bir neçə mərhələ keçib, azarkeşlərimizi sevindirək". Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun icraçı direktoru Höccət Hcıyev deyib.

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində səfərə Estoniyanın "Nomme Kalyu" klubunu məğlub edərək (2:0) növbəti tura keçən "ağ-yaşıllar" artıq Bakıdadır.

H.Hacıyev oyunun canlı yayımlanmasında telekanalları ittiham edib:

"Ümumiyyətlə bu oyunun canlı yayımlanması üçün biz "Xəzər Lənkəran" olaraq əlimizdən gələni etdik. Sadəcə bizim kanallar bundan boyun qaçırtdı. Estonların istədiyi məbləğ elədə çox deyildi. Bizim yerli telekanallar bunu verə bilərdi. Sadəcə istəmədilər".

Cənub təmsilçisinin rəsmisi Kamran Ağayevin İngiltərə Premyer Liqa klublarının maraq dairəsində olduğu və bununla bağlı Londona danışıqlara getdiyi haqda gəzən söz-söhbətləri yalanladı:

"Bunlar sırf yalan məlumatlardı. Hal-hazırda Kamran evində istirahət edir. Onun bizimlə müqaviləsi var. Bunlar sırf yanlış məlumatlardı".

Sonda Höccət Hacıyev yeni transferlərin olacağını bildirirərək, onları transfer siyasətini pisləyənlərə söz atdı:

"Biz komandaya səviyyəli futbolçular gətiririk. Cəmi iki transfer etdik və bu yeni oyunçularda komanda da qol vurmağı bacardılar. "Lex"lə oyuna kimi bir neçə futbolçunu komandaya cəlb edəcəyik. Bunlar təbii ki, çox səviyyəli futbolçular olacaq. Bizə "Xəzər Lənkəran"ın gücünə güc qatan futbolçu lazımdı". 

Səxavət QURBANOV

Son yazılar

Yuxarı