"Biz FİFA-yla danışıqlarımızı davam etdiririk. Ümidimizi itirməmişik".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib. Cənub təmsilçisinin 2008/09 mövsümündə transfer etdiyi braziliyalı yarımmüdafiəçi Romulo Silvano FİFA-ya etdiyi şikayət mənfi nəticəsini verə bilər. Belə ki, ali futbol qurumu “ağ-yaşıllar”ın hesabından 6 xalın silinməsini tövsiyə edib.
Klub rəsmisi isə bununla bağlı qərarın yaxın günlərdə veriləcəyini və danışıqları davam etdirdiklərini bildirib:
"Əgər biz danışqlar aparırıqsa hələ də, ümidlərimizi itirməmişik. Futbolçunun borcu ödənilib. Məhz biz bu məqama ümid edirik. Ali qrum bu məsələni nəzərə alıb qərarını dəyişər".