Məlum olduğu kimi dünən Topaz Premyer Liqasında "Xəzər Lənkəran" – "Neftçi" oyunu baş tutdu (2:2).
Korner.az-ın məlumatına görə, ilk hissədə "ağ-yaşıllar"ın əsas müdafiəçilərindən olan Rasim Ramaldanov zədələndi və oyunu yarımçıq dayandırdı. Futbolçunun zədəsinin nə qədər ciddi olub olmaması barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluyla əlaqə saxladıq. Saytımıza açıqlamasında klub rəsmisi bu fikirləri səsləndirdi:
"Ramaldanovun çanaq sümüyündə çat var. Lakin bu elə də ciddi zədə deyil. Futbolçunun ayağ əzələsi yırtılıb və ona problem yaradan zədə də məhz budu. Böyük ehtimalla o, 2-4 həftə müddətinə yaşıl meydanlardan kənar qalacaq"
