“Xəzər Lənkəran” Premyer Liqanın növbəti turunda “Qəbələ”ni qonağ edəcək
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran”-“Qəbələ” matçı “Bayıl Arena”da keçiriləcək. Bu komandaların əvəzedici heyətləri də bu arenada üz-üzə gələcəklər. Əvəzedicilərin dueli dekabrın 6-da, saat 14:00-da, əsas komandaların oyunu isə dekabrın 7-i, saat 17:00-da başlanacaq.
