"Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev AFFA-nın prezidenti Rövneq Abdullayevin xahişi ilə bağışlanıldı və komandaya geri qaytarıldı".
Bu sözləri Korner.az-a açıqlamasında "ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib. Klub rəsmisi artıq Kamranla görüşün baş tutduğunu da bildirib:
"Kamran Ağayev indicə ofisimizdən çıxdı. Komanda oktyabrın 9-da bir araya gələcək və Ağayev Lənkərana bu zaman gedəcək".