Bu gün İsveçrənin Nyon şəhərində 2013/2014 mövsümü üçün UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları təmsil edəcəklər.
Mübarizəyə I təsnifat mərhələsindən start verəcək komandalarımız məhz bu gün turnirdəki rəqibləri ilə tanış olacaqlar. Hər üç klubumuz püşk zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da təmsilçilərimizin nisbətən zəif rəqiblə qarşılaşması deməkdir.
Qeyd edək ki, Avroliqanın I təsnifat mərhləsinin oyunları 4-11 iyul, II təsnifat mərhələsinin görüşləri isə 18-25 iyul tarixlərində keçiriləcək.
“Metallurq” (Makedoniya, 2,300) – “Qarabağ” (Azərbaycan, 5,708)
“Slima” (Malta, 1,541) – “Xəzər Lənkəran” (Azərbaycan, 2,958)
“Mariehamn” (Finlandiya, 1,701)- “İnter” (Azərbaycan, 3,458)
Avroliqanın I təsnifat mərhələsinin iştirakçı komandaları:
Səpələnmişlər: "Rusenburq" (Norveç), "Jilina" (Slovakiya), "Levski" (Sofiya, Bolqarstan), "Videoton" (Macarsıtan), "Ventspils" (Latviya), "Tromso" (Norveç), "Aktobe" (Qazaxıstan), "Dinamo" (Minsk, Belarus), "Sent Patriks" (İrlandiya), "Qarabağ" (Azərbaycan), "Voyvodina" (Serbiya), "Malmö" (İsveç), "Sarayeva" (Bosniya və Hersoqovina), "Astra" (Giurgiu, Rumıniya), "Reykravik" (İslandiya), "Dudelanj" (Lüksemburq), "İnter Turku" (Finlandiya), "Daçiya" (Moldova), "Levadiya" (Tallin, Estoniya), "Linfild" (Şimali İrlandiya), "Honved" (Macarıstan), "Valetta" (Malta), "Differanj" (Lüksemburq), "Metalurq" (Latviya), "Qefle" (İsveç), "Pünik" (Ermənistan), "Jrinjski Mostar" (Bosniya və Hersoqovina),"İnter" (Bakı, Azərbaycan), "Skonto" (Latviya), "Suduva" (Litva), "Vaduz" (Lixtenşteyn), "Flora" (Tallin, Estoniya), "Xəzər Lənkəran" (Azərbaycan), "Havnar" (Farer adaları), "Rudar" (Monteneqro), TPS (Finlandiya), "Breydablik" (İslandiya), "Botev" (Plovdiv, Bolqarıstan)
Səpələnməmişlər: "Domjale" (Sloveniya), "Qlentoran" (Şimali İrlandiya), "Metalurq" (Skopye, Makedoniya), "Milsami" (Moldova), "Kelje" (Sloveniya), "Torpedo" (Kutaisi, Gürcüstan), "Teteks" (Makedoniya), "İrtış" (Qazaxıstan), "Jeunesse Eş" (Lüksemburq), "Krusaders" (Şimali İrlandiya), "Santa Koloma" (Andorra), "Çikura Şakhere" (Gürcüstan), "Jalgiris" (Litva), "Mariehamn" (Finlandiya), "Mika" (Ermənistan), İBV (İslandiya), "Çelik" (Monteneqro), "Hibernians" (Malta), "Sliema Vanderers" (Malta), "Tiraspol" (Moldova), "Drogheda Yunayted" (İrlandiya), "Trans Narva" (Estoniya), "Qandzasar" (Ermənistan), "Kruoya Pakruojis" (Litva), "Astana" (Qazaxıstan), "Laçi" (Albaniya), "Teuta Durrës" (Albaniya), "Vikinqur" (Farer adaları), "Santa Koloma" (Andorra), "Kukesi" (Albaniya), İF (Farer adaları), "Prestatin Taun" (Uels), "Eirbas" (Uels), "Bala Taun" (Uels), "La Fiorita" (San Marino), "Libertas" (San Marino).