Bu gün Topaz Premyer Liqasında X turun daha iki oyunu baş tutacaq.
Korner.az-ın məlumatına görə, turun mərkəzi görüşü Lənkəranda, “Xəzər Lənkəran” – “Qarabağ” komandaları arasında keçiriləcək.
Digər oyunda “Qəbələ” “Turan”ı qəbul edəcək.
Turan sabah keçirilməsi nəzərdə tutulan “Rəvan” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
Premyer Liqa, X tur
27 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Turan” 0:1
QOL: Antonio Rukavina 58-pen
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu
16:00. “Xəzər Lənkəran” – “Qarabağ” 2:0
QOLLAR: Dimitrios Sialmas, 36 , 62
Qırmızı vərəqə: Maksim Medvedev, 54
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Kərim Ağayev
Lənkəran şəhər stadionu
28 oktyabr (bazar)
15:30. “Rəvan” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Namiq Hüseynov, Fuad Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bayıl Arena stadionu
26 oktyabr (cümə)
“Simurq” – AZAL – 1:1
Qollar: Ruslan Tağızadə, 28 (0:1), Murad Səttralı, 90+4 (1:1)
“Bakı” – “İnter” – 0:0
“Kəpəz” – “Sumqayıt” – 0:0
