“Qəbələ”ni məğlub edən “Xəzər Lənkəran” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Mustafa Dənizli Manul Skarlatakenin xidmətindən məhrum olub.
Rumın futbolçu cəzalı duruma düşüb. Belə ki, start heyətində yer alan Manuel 78-ci dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanıb və sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, “Bakı” matçını buraxacq.
Skarlatake bundan əvvəl 2, 3 və 4-cü turlarla “Simurq”, “Qarabağ” və “Neftçi”yə qarşı keçirilən oyunlarda sarı almışdı.
Rumın futbolçu bu il “Qarabağ”la keçirilən oyunda “Xəzər Lənkəran”a 3, “Neftçi” ilə matçda 1 xal qazandıran vacib qollara imza atıb.
