"Xəzər Lənkəran" Premyer Liqanın XXXI turunda "Qəbələ" ilə qarşılaşacaq. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 5-dəki matça meydan sahibi kimi çıxacaq Cənub təmsilçisinin özü üçün uğurlu olan seriyanı davam etdirməyə çalışacaq. “Qəbələ” ilə son 4 ev oyununda qalib gələn “Xəzər Lənkəran” bu seriyanı 5-ə çatdırmaq əzmindədir.
Ümumilikdə də “Qəbələ” ilə ev oyunlarında 6 qələbəsi olan "Xəzər" cəmi 2 dəfə qonaqlara xal verib. 1 dəfə uduzub, 1 dəfə heç-heçə edən “Xəzər Lənkəran” vurduğu 16 topun qarşılığında 6-nı buraxıb.
“Qəbələ” ilə çempionat və kubokdakı oyunların ümumi balansına gəlincə isə cənublular 17 dəfə bu rəqiblə görüşüb. 11 dəfə qalib gələn “Xəzər Lənkəran” daha 3 dəfə “sülh”lə razılaşıb və cəmi 3 dəfə məğlub olub. Top fərqində də "Xəzər Lənkəran"ın üstünlüyü aşkardır – 29:13.
2006/07 09.12.2006 çempionat e 4:0
2006/07 23.05.2007 çempionat s 3:0
2007/08 30.09.2007 çempionat e 2:1
2007/08 05.04.2008 çempionat s 1:1
2007/08 09.04.2008 kubok s 3:1
2007/08 23.04.2008 kubok e 1:1
2008/09 15.11.2008 çempionat s 1:0
2008/09 03.05.2009 çempionat e 1:2
2009/10 19.09.2009 çempionat s 1:1
2009/10 19.12.2009 çempionat e 1:0
2009/10 12.03.2010 çempionat e 4:1
2009/10 17.04.2010 çempionat s 2:1
2010/11 07.08.2010 çempionat e 1:0
2010/11 06.11.2010 çempionat s 0:1
2011/12 23.09.2011 çempionat e 2:1
2011/12 21.02.2012 çempionat s 1:2
2011/12 07.04.2012 çempionat s 1:0