Təlim-məşq toplantısını Antalyada davam etdirən "Xəzər Lənkəran" bu gün növbəti yoxlama matçına çıxacaq.
Korner.az–ın məlumatına görə, "ağ-yaşıllar"ın dördüncü sınaq matçındakı rəqibi Moldovanın “Zimbru” klubu olacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” ilk görüşündə Qazaxıstan “Jetusu”su ilə heç-heçə oynayıb (1:1), ikinci oyunda Ukrayna “Krivbass”ına 0:6, üçüncü matçda isə Rumıniya “Timişoara”sına 0:2 hesabı ilə uduzub.