Premyer Liqanın 14-cü turunda oyun keçirməyən “Xəzər Lənkəran” iki günlük fasilədən sonra, yenidən hazırlıqlara başlayıb.
Korner.az-ın məlumatına görə, cənub klubu Premyer Liqanın 15-ci turunda “Qəbələ”ni qəbul edəcək.
“Xəzər Lənkəran”- “Qəbələ” 7 dekabr tarixində baş tutacaq.
