Premyer Liqanın 15-ci turunda “Xəzər Lənkəran”-“Qəbələ” qarşılaşmasının harada keçiriləcəyi iki gündən sonra müəyyənləşəcək.
Korner.az Goal.az-a istinadən xəbər verir ki, cənub klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu oyunun keçiriləcəyi yerin iki gündən sonra dəqiq bilinəcəyini deyib.
“Mütəxəssislər müsbət qərar versələr, görüş Lənkəranda baş tutacaq. İcazə verməsələr isə “Bayıl Arena”da “Qəbələ”ni qəbul edəcəyik”.
“Xəzər Lənkəran” – “Qəbələ” görüşü 7 dekabr tarixində baş tutacaq.
