Premyer Liqanın 15-ci turunda “Xəzər Lənkəran” “Bayıl Arena”da “Qəbələ”ni qəbul edəcək.
Korner.az-ın məlumatına görə, cənub klubu oyunun keçiriləcəyi meydançada növbəti məşqinə çıxıb.
Rauf Əliyev, Alfred Sanko və qapıçı Vyekoslav Tomiç yüngül zədələri olduqları üçün fərdi məşqlə kifayətləniblər.
“Xəzər Lənkəran”-“Qəbələ” görüşü 7 dekabr, saat 17:00-da baş tutacaq.
