"Bu il püşk Azərbaycan klublarına münasib rəqiblər bəxş etdi".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun icraçı direktoru Höccət Hacıyev deyib. Klub rəsmisi komandanın mərhələ adlamaq şanslrını dəyərləndirib:
"Estoniya futbolu inkişaf dövrünü yaşayır. Lakin buna baxmayaraq püşk "Xəzər Lənkəran"a qənaətbəxş rəqib seçdi. Komanda arxayınlaşmamalıdı. Yaxşı oynayıb, istədiyimizə nail ola bilərik. İnşallah, bunu gerçəkləşdirib azarkeşlərimizi sevindirəcəyik.
