UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Lex" klubuna qarşı cavab görüşündə iştirak etmək üçün "Xəzər Lənkəran" bu gün saat 15:00 radələrində birbaşa çarter reysi ilə Bakıdan Polşanın Poznan şəhərinə yola düşür.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın oyuna qədər 3 məşq keçirməyi planlaşdırılır.
İlk məşq bu gün Polşa vaxtı ilə saat 19:00-da keçiriləcək. Sabah yerli vaxtla saat 20:30-da daha bir məşq keçirəcək futbolçular oyunöncəsi son rəsmi məşqlərinə iyulun 25-də saat 20:00-da çıxacaqlar.
Qeyd edək ki, "Lex" – "Xəzər Lənkəran" qarşılaşmasına 26 iyul Bakı vaxtı ilə saat 23:00 start veriləcək. "Poznan Bələdiyyə Stadionu"nda baş tutacaq matçı Stanislav Todorovun rəhbərlik etdiyi bolqar hakimlər briqadası idarə edəcək.
