Beşgünlük istirahətdən sonra "Xəzər Lənkəran" bu gün yenidən Bakida toplaşır. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşıdakı iki gün ərzində komanda "Happy İnn" otelində məskunlaşaraq Respublika Dövlət Yol Polisinin stadionunda məşq keçəcək.
Komandanın Bakıda toplaşması futbolçuların oktyabrın 10-da keçiriləcək Premyer Liqanın 2011/12 mövsümünün qaliblərinin mükafatlandırma mərasimində iştirakı ilə bağlıdır. Keçən mövsümün gümüş mükafatçısı olan "Xəzər Lənkəran" tədbirin ertəsi günü, yəni oktyabrın 11-də Lənkərana yollanacaq və növbəti tur oyununa uzun fasilədən sonra doğma məkanda hazırlıq keçəcək.