Premyer Liqanın sonluğu “Xəzər Lənkəran” üçün yubileylərlə zəngin olub. Korner.az-ın məlumatına görə, cənub təmsilçisi Premyer Liqada 350-ci qol, Lənkəran şəhər stadionunda 100-cü oyun, ev matçlarında 1000000-cu azarkeş kimi yubileylərin ardından tarixinin 300-cü oyununa çıxacaq.
Bu, XXXI turda “Qəbələ” ilə ev oyunu olacaq. Belə ki, 2004-cü ildə yaranan “Xəzər Lənkəran” indiyədək 8 ildə 299 oyun keçirib. Təbii ki, 2005/06 mövsümünün ölkə kubokunun “MKT-Araz”la nəticələri ləğv olunub.
Qeyd edək ki, “Xəzər Lənkəran” 299 oyunda 163 qələbə qazanıb, 80 heç-heçə edib və 56 dəfə uduzub.