"Xəzər Lənkəran" yay transfer dönəmində növbəti futbolçunu rənglərinə bağlamaq üzrədi.
Bu barədə Korner.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
"Ağ-yaşıllar"ın rəsmisi bildirib ki, yaxın 2-3 gün ərzində "Xəzər Lənkəran" Makedniyadan futbolçu transfer edəcək:
"Yaxın 2-3 gündə növbəti transferimizi reallaşdıracağıq. Yeni oyunçumuz Makedoniyadan olacaq və millisinin üzvüdü. Ampulaca yarımmüdafiəçi olan adını çəkməyəcəyim futbolçunun keçidi yaxın günlərdə rəsmiləşəcək".
Sonda H.Cəbrayıloğlu Andery Arşavin transferinin onlar üçün qapandığını və siyahıda bu futbolçunun olmadığını bildirib.