“Xəzər Lənkəran” növbəti transferini həyata keçirib.
Korner.az-ın məlumatına görə, Lənkəran təmsilçisi transfer pəncərəsinin son günündə braziliyalı
yarımmüdafiəçi Elias Ribeiro de Oliveiranın keçidini həll edib.
San Paoloda
futbola başlayan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin “Bahia”
klubunun yetirməsidir. “Vasko da Qama” və “Fluminense”də az
müddət çıxış edəndən sonra, Elias 3 il “Atletico Qoainense”nin
şərəfini qoruyub. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Eyn” klubunda
qısa legioner həyatı sürməsinin ardından futbolçu “Fiqeyrense”də
çıxış edib.
Son iş yeri
Braziliya A Seriyası təmsilçisi “Atletiko Paranaense” olan Elias,
mövsümün ilk yarısını icarə əsasında digər elita təmsilçisi “Ponte
Preta”nın heyətində keçirib.
Futbolçu
ilə “Xəzər Lənkəran” arasında növbəti mövsümün sonuna qədər olan
müddətdə müqavilə imzalanıb.
