Avroliqada I təsnifat mərhələsində oynayacaq Azərbaycan klublarının iyulun 5-də ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Korner.az-ın məlumatına görə, “İnter”in Estoniyanın “Trans” klubu ilə səfər matçı belaruslu Aleksandr Boukata tapşırılıb.
"Bakı"nın Sloveniya "Murası"ilə matçı ukraynadan olan hakimlər briqadasına həvalə olunub. Paytaxtda baş tutacaq ilk matçı Sergey Dankovski idarə edəcək.
“Xəzər Lənkəran”ın isə Estoniyanın “Nomme Kalyu” klubu ilə hər iki oyununun baş hakimi müəyyənləşib. Lənkərandakı oyunda Mitya Ziqaneç, iyulun 10-da Tallinin “Kadriorq” stadionunda keçiriləcək cavab matçında norveçli Daq Vidar Hafsas iş başında olacaq. “İnter”lə “Bakı”nın iyulun 12-də təkrar oyunlarını idarə edəcək hakimlərin adları hələ açıqlanmayıb.
