Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Xəzər Lənkəran" turnirin ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 10-də səfərdə Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşacaq və "ağ yaşıllar" səfərə çarter reysi ilə yollanmayacaq. Korner.az-ın məlumatına görə, Cənub təmsilçisi Rusiyanın Sankt-Peterburq şəhərinə oradan isə avtobusla 3 saatlıq yolu qət edib, Estoniyanın Tallin şəhərinə çatacaq. Təmsilçimizin Tallində hansı oteldə qalacağı hələ məlum deyil.
