İyunun 27-də keçirilməsi gözlənilən Azərbaycan Superkuboku uğurunda matçın ilk finalçısı olan “Xəzər Lənkəran” bu qarşılaşmaya çıxmaq fikirində deyil.
Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, buna səbəb tarixin klub üçün münasib vaxtda olmamağıdır.
Belə ki, “Xəzər Lənkəran” həmin ərəfədə Avstriyada təlim-məşq toplantısında olacaq. “Neftçi”nin çempion olması üçün qazanacağı 1 xal kubok finalçısı kimi məğlubiyyət belə “Xəzər Ləkəran”ı avrokuboklara daşıyacaq. Məhz bu səbəbdən Avropa Liqasında mübarizə aparacaq Cənub təmsilçisi bu turnir üçün daha ciddi hazırlaşmaq fikirindədi. Buna görə də, “ağ-yaşıllar” “Neftçi” ilə superkubok oyununa iyun ayında çıxmaq istəmir.