Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Xəzər Lənkəran" bu gün növbəti yoxlama matçına çıxacaq. Korner.az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan Cənub təmsilçisinin rəqibi Rumıniyanın "Vaslui" klubu olacaq.
Başa çatan mövsümün gümüş mükafatçısı olan "Vaslui" vaxtilə “Neftçi”ni İntertoto kubokunun sonuncu mərhələsindən kənarlaşdırmışdı.
Qeyd edək ki, bunadək Almaniyanın “Starnberq” klubunu 6:0 hesabı ilə yenən lənkəranlılar Ukrayna “Dinamo”suna 0:2 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
"Xəzər Lənkəran" – "Vaslui"
