Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünə çıxacaq.
Korner.az-ın məlumatına görə, Elbrus Məmmədovun komandası Ukraynanın “Metallurq” klubu ilə qüvvəsini sınayacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, ilk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən cənub təmsilçisi ikinci matçında Almaniya III Bundesliqasında mübarizə aparan “Kemnitser”ə uduzub – 0:2. “
17 yanvar
Yoxlama oyunu
19:00. “Xəzər Lənkəran” (Azərbaycan) – “Metallurq” (Ukrayna)
